Son yenilənmə: 23 avqust 2026

İstifadə Şərtləri

Saytdan istifadə etməklə və ya sifariş rəsmiləşdirməklə aşağıdakı şərtləri qəbul etmiş olursunuz.

Əsas məqamlar

  • Əl işi və canlı məhsullarda təbii fərqlər qüsur deyil — həqiqiliyin göstəricisidir.
  • Qiymətlər AZN ilə yekundur; çatdırılma haqqı ödənişdən əvvəl ayrıca göstərilir.
  • Şamlar və bitkilər üçün təhlükəsizlik təlimatlarına əməl edin — uşaq və heyvanlardan uzaq saxlayın.
  • Hər sifariş üzrə məsuliyyətimiz həmin sifariş üçün ödənilmiş məbləğlə məhdudlaşır.

1. Biz kimik?

Biz Glora-yıq — əl işi saxsı qablar, qoxulu şamlar, təbii və süni bitkilər hazırlayırıq və satırıq.

Bizimlə əlaqə: hello@glora.one və ya rəsmi WhatsApp xəttimiz.

2. Əl işi məhsulların və canlı bitkilərin xüsusiyyəti

Unikallıq və təbii variasiya: satdığımız saxsı qablar və şamlar əl işidir; bitkilər isə canlı orqanizmlərdir. Saytdakı fotolar nümunə xarakteri daşıyır. Sizə çatan əl işi saxsı qabın rəng tonu, şamın toxuması və ya canlı bitkinin yarpaq forması/hündürlüyü fotodan cüzi fərqlənə bilər. Bu hal qüsur sayılmır — əksinə, məhsulun həqiqi əl işi və təbii olduğunun göstəricisidir.

Qiymətlər: qiymətlər Azərbaycan Manatı (AZN) ilə göstərilir. Göstərilən qiymət yekundur, çatdırılma haqqı ödənişdən əvvəl ayrıca göstərilir.

3. Sifariş və ödəniş

Sifarişiniz biz tərəfdən e-poçt və ya mesajla təsdiqləndikdən sonra alış-veriş rəsmiləşdirilmiş sayılır.

Ödəniş: sifariş üzrə ödəniş tərəflər arasında razılaşdırılmış qaydada sifariş təsdiqlənərkən və ya çatdırılma zamanı həyata keçirilir.

4. Çatdırılma və məhsul riski

Bakı daxilində kuryer, rayonlara isə poçt vasitəsilə çatdırılma olunur. Beynəlxalq poçtla YALNIZ canlı olmayan əl işləri göndərilir.

Məhsul sizə fiziki olaraq təhvil verildiyi andan etibarən zədələnmə riski alıcıya keçir. Daşınma zamanı vurulan zərər üzrə məsuliyyəti Glora öz üzərinə götürür (Qaytarma Siyasətinə uyğun olaraq).

Fors-major: Qeyri-adi hava şəraiti, təbii fəlakətlər, poçt və ya kuryer xidmətlərində yaranan texniki/regional fors-major gecikmələr zamanı çatdırılma müddətinin uzanmasına görə Glora hüquqi və maddi məsuliyyət daşımır.

5. Allergiya, təhlükəsizlik və məsuliyyətin həddi

Qoxulu şamlar və allergiya: şamlarımızın tərkibində təbii mumlar, ətirli yağlar və efir birləşmələri istifadə olunur. Tənəffüs yolu həssaslığı, astma və ya müəyyən qoxulara allergiyası olan şəxslərin istifadədən əvvəl ehtiyatlı olmaları tövsiyə edilir. Şamlar yandırılarkən yalnız odadavamlı səthlərdə tutulmalı, hava cərəyanından, tezalışan əşyalardan, uşaqlardan və ev heyvanlarından uzaq saxlanılmalıdır. Yanan şamı heç vaxt nəzarətsiz qoymayın.

Bitkilər və canlı olmayan məhsullar: satdığımız təbii və süni bitkilər, eləcə də saxsı qablar yalnız dekorativ məqsədlər üçündür, qida kimi istifadə oluna bilməz. Bəzi canlı bitki növlərinin şirəsi dəri ilə təmasda qıcıqlanmaya, daxilə qəbul edildikdə isə ev heyvanlarında və uşaqlarda allergik reaksiya və ya həzm pozuntusuna səbəb ola bilər. Bitkiləri uşaqların və heyvanların çatmayacağı yerdə saxlamağınız xahiş olunur.

Məsuliyyətdən imtina: təhlükəsizlik təlimatlarına əməl olunmaması nəticəsində yaranan yanğın, əmlak zədələnməsi, eləcə də məhsullarla təmas və ya istifadə zamanı ortaya çıxan fərdi allergik reaksiyalara və ya sağlamlıq kəskinləşmələrinə görə Glora hüquqi məsuliyyət daşımır.

Məsuliyyət həddi: Glora-nın hər hansı sifarişlə bağlı toplam hüquqi məsuliyyəti həmin sifariş üçün ödənilmiş məbləğlə sınırlanır.

6. Mübahisələrin həlli

Bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Yaranan hər hansı narazılıqla bağlı hello@glora.one ünvanına yazmağınızı xahiş edirik — hər bir məsələni 5 iş günü ərzində müştəri xeyrinə və səmimiyyətlə həll edirik.

7. Müəllif hüquqları və əqli mülkiyyət

Saytda yerləşdirilən bütün fotoşəkillər, loqo, məhsul dizaynları, əl işləri və mətnlər Glora-ya məxsusdur. Müəllifin yazılı razılığı olmadan hər hansı kommersiya və ya digər məqsədlərlə kopyalanması, yayılması və istifadəsi qəti qadağandır.

Sualınız var? hello@glora.one — aydın və sadə dillə cavab veririk.

GloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGloraGlora